Tbilisidə etiraz aksiyası yenidən başladı

Dünya

23.01.2025 00:11

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb.


TodayPress Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mitinq iştirakçıları parlaentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.


Belə ki, aksiyanın 56-cı günündə nümayişçilərin tələbi dəyişməzdir. Onlar yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.


Aynur TAC

 

tag: Gürcüstan, Tblisi, Aksiya, Müxalif, todaypress.az,