Tbilisidə daha 5 nəfər saxlanıldı
Dünya
06.12.2024 02:04
Tblisidə biri əcnəbi olmaqla, beş nəfər saxlanılıb.
TodayPress
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, saxlanılan şəxslərin evlərində yoxlama zamanı hərbi geyim, qaz maskaları, odlu silah, pul və yaddaş kartları aşkar edilib.
Nazirliyin mlumatına görə, saxlanılan şxsləri 9 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edəkki, keçirilən aksiyalarda 23 nəfər müxtəlif səbəblərdən saxlanılıb.
***
21:08
Tbilisidə
parlament binası qarşısında növbəti hökumət əleyhinə mitinq keçirilir.
TodayPress
xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verilib.
Agentliyin
məlumatına görə, etirazçılar parlamentin qarşısındakı meydanı tamamilə zəbt
edib və qanunverici orqanın yerləşdiyi Rustaveli prospektini bağlayıblar.
Mitinq
iştirakçıları hökumətin istefasını və yeni parlament seçkilərinin keçirilməsini
tələb edirlər.
Hələlik
vəziyyətin sakit olduğu, əvvəlki günlərlə müqayisədə daha az etirazçının
toplaşdığı bildirilib.
Aynur TAC
tag: Tblisi, Aksiya,Gürcüstan, Polis, Etiraz, tdaypress.az,