Tbilisidə aksiyaçılar zorakılıqlara başladılar- YENİLƏNDİ
Dünya
04.12.2024 01:31
Gürcüstanın paytaxtı Tbilisidə mitinqin
başlanmasından qısa müddət sonra etirazçılar zorakılıqlara əl atıblar.
TodayPress xəbər
verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb
“Mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edir və onlara müxtəlif küt əşyalar, pirotexniki vasitələr və tezalışan maddələr atırlar. Bir daha hər mitinq iştirakçısını qanun çərçivəsində etiraz etməyə çağırırıq” nazirliyin bəyanatında qeyd olunub
***
23:36
Gürcüstan polisi “Molotov kokteyli” hazırlayan şəxsi saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb
“O, etiraz aksiyası zamanı yolu bağladığı və polis tələbini yerinə yetirmədiyi üçün saxlanılıb. Şəxsi yoxlama zamanı həmin şəxsin üzərində insan orqanizminə ciddi zərər vurmaq və ya ölümə səbəb ola biləcək “Molotov kokteylləri’ aşkar edilib” nazirlikdən bildirilib.
Saxlanılan şəxsi 7 ilədək həbs gözləyir.
***
21:58
Noyabrın 28-dən Tbilisidə keçirilən kütləvi etirazlar zamanı 143 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bundan əlavə, bu müddət ərzində 293 nəfər saxlanılıb.
Qurum bildirib ki, aksiyalarda qanunsuz hərəkətlərə yol verən qruplar
müəyyən edilib.
Daxili İşlər Nazirliyi etirazçıları bir daha zorakılıqdan çəkinməyə
çağırıb.
tag: Tblisi, Aksiya, Xaricilər,Polis, DİN, todaypress.az,