Tbilisi qərarını verdi: LGTB ilə bağlı qanun ləğv edilməyəcək
Gürcüstan hakimiyyəti "Xarici agentlər haqqında" qanunu, eləcə də LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyi planlaşdırmır.
TodayPress xəbər verir ki, bunu “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının icraçı baş katibi Mamuka Mdinaradze deyib.
“Bu, xüsusilə LGBT təbliğatına aiddir. Çünki bu, bizim Avropaya inteqrasiya ilə bağlı sövdələşmə apara bilməyəcəyimiz bir məsələdir” Mdinaradze bildirib.
tag: Gürcüstan, LGBT, Gürcü Arzusu, Təbliğat, Avropa, todaypress.az,