Tayvanın keçmiş prezidenti Ukraynaya kömək etməyə çağırdı

Dünya

25.11.2024 10:41

2815

Tayvanın keçmiş prezidenti Tsay Yiven ABŞ-ni özlərinə yox, məhz Ukraynaya yardım göstərməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Onlar ukraynalılara kömək etmək üçün əllərindən gələni etməlidirlər. Tayvan hələ ki, vaxtı var. Ona görə də birinci Ukraynaya yardım edilsin” deyə Yiven qeyd edib.

Tayvanın keçmiş rəhbəri əlavə edib ki, Ukraynanın qələbəsi Çinin gələcək təcavüzünün qarşısını almaq üçün ən təsirli vasitə olacaq.

Töhfə Səməd

tag: Tayvan, ABŞ, Yiven, Ukrayna, Rəhbər, Çin, todaypress.az,