Tayvanda güclü zəlzələ baş verdi
Dünya
21.01.2025 10:46
Tayvanda güclü zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 6 bal təşkil edib.
Yeraltı təkanlar Tainan şəhərindən 50 kilometr şimal-şərqdə qeydə alınıb.
Zəlzələnin episentrı 18 kilometr dərinlikdə yerləşib.
Bundan bir az sonra Mərkəzi Hava İdarəsi (CWA) Tayvanın cənubundakı Çiayi qraflığında 6,4 bal gücündə yeni zəlzələ olub.
Kaohsiung şəhərində 5 bal gücündə yeraltı təkanlar hiss edibilib.
Töhfə Səməd
tag: Zəlzələ,Tayvan,Təkan,Mərkəz,Todaypress.az,