Tayvan Kiyevə yardım etməkdən imtina etdi
Dünya
21.11.2024 15:56
Tayvan Ukraynaya hərbi yardım göstərməyə hazır deyil, çünki bunun həssas və daxili məsələ olduğunu bildirir.
TodayPress, “Reuters”ə istinadən xəbər verir ki, bu barədə adanın xarici siyasət departamentinin rəis müavini Fransua Vu bildirib.
O, qeyd edib ki, Tayvan gələcəkdə Kiyevdə öz nümayəndəliyini aça bilər. Lakin bu haqda da hələ ki, dəqiq qərar yoxdur.
Agentliyin məlumatına görə, ötən həftə Tayvanın müdafiə departamenti istismardan çıxarılan “Hawk” zenit-raket komplekslərinin Ukraynaya ötürülməsi ilə bağlı suala cavab olaraq bildirib ki, ABŞ raketləri ilə nə edəcəyini özü müəyyənləşdirməlidir.
Noyabrın 12-də “Forbes” jurnalı keçmiş Pentaqon rəsmisi Toni Huya istinadən yazıb ki, Tayvan administrasiyası ABŞ-nin vasitəçiliyi ilə özünün “Hawk” zenit-raket komplekslərinin artıq qalan hissəsini Ukraynaya ötürə bilər.
Töhfə Səməd
tag: Tayvan, Kiyev, Raket, ABŞ, Pentaqon, todaypress.az,