Tayvan hökuməti adaya yaxınlaşan tayfuna qarşı tədbirlər görür

Dünya

01.10.2024 17:40

Tayvan güclü “Kraton” tayfununun yaxınlaşması ərəfəsində oktyabrın 1-də adanın cənub hissəsində məktəbləri bağlayıb və minlərlə insanı təxliyə edib. Ölkə Prezidenti təbii fəlakətin ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Üçüncü kateqoriyadan olan qasırğanın saatda 198 kilometrə qədər davamlı küləklərlə müşayiət olunacağı və onun bu ölkənin ən böyük liman şəhəri Kaohsiunqin yaxınlığında quruya çatacağı gözlənilir.

TodayPress xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ehtiyat tədbiri olaraq, həssas ərazilərdən 7800-dən çox insan təxliyə edilib.

Tayfun təhlükəsi ilə əlaqədar bir çox beynəlxalq və daxili reyslər təxirə salınıb. Müdafiə Nazirliyi 40 minə yaxın əsgərin hazır vəziyyətdə olduğunu bildirib.

tag: Tayvan ,Kraton,Tayfun,DİN,MN,todaypress.az,