Tayvan hərbi təyinatlı yerüstü dron hazırladı

Dünya

25.03.2025 19:45

1718

Tayvanın Beynəlxalq Gəmiqayırma Korporasiyası (CSBC) ölkənin ilk hərbi təyinatlı pilotsuz suüstü aparatını (USV) hazırlayıb.

TodayPress xəbər verir ki, bu barədə “RİA” Tayvanın Mərkəzi Xəbər Agentliyinə (CNA) istinadla məlumat yayıb. 

Bildirilib ki, dronun uzunluğu 8,6 metr, eni isə 3,7 metrdir.

Aparat saatda 65 km maksimal sürətlə hərəkət edə bilir və 1 ton yük daşımaq qabiliyyətinə malikdir.

Dron süni intellektlə idarə olunan hədəf nişanlama sistemi ilə təchiz olunub.

Qiymət Mahir

tag: Tayvan,Hərb,Dron,İstehsal,Todaypress.az,