Tayvan Çinə xəbərdarlıq etdi
Dünya
23.10.2024 09:53
“Tayvanın Çin tərəfindən real şəkildə blokadaya alınması müharibə aktı olacaq və beynəlxalq ticarət üçün geniş nəticələrə gətirib çıxaracaq”.
TodayPress “CNN”ə istinadən xəbər verir ki, bunu Tayvanın müdafiə naziri Vellinqton Qu deyib.
“Əgər siz həqiqətən də beynəlxalq hüquqa görə bütün təyyarə və gəmilərin əraziyə daxil olmasını qadağan edən qondarma blokada həyata keçirmək istəyirsinizsə, o zaman Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə görə bu, müharibə forması hesab olunur” Vellinqton Qu əlavə edib.
O xəbərdarlıq edib ki, adanın blokadasını beynəlxalq ictimaiyyət sadəcə olaraq oturub seyr edə bilməz.
Qeyd edək ki, oktyabrın 14-də Çin Ordusunun Şərq Döyüş Komandanlığı Çinin Tayvan ətrafında birgə “Qılınc 2024B” təliminə başladığını bildirib. Eyni zamanda, Çin ordusu ada yaxınlığında hərbi təlimlər keçirərkən Tayvan ordusu Hualien limanına gəmi əleyhinə raket qurğuları yerləşdirib.
Günəş Mərd
tag: Tayvan, Çin, BMT, Şərq, Vellinqton Qu, todaypress.az,