Tayvan Çinə çip tədarükünü məhdudlaşdırır

Dünya

08.11.2024 14:50

Çip istehsalında dünya lideri Tayvan Semiconductor Manufacturing Company (TSMC) ABŞ sanksiyaları səbəbindən Çinə çip tədarükünü məhdudlaşdıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. 

Tayvan şirkəti ixrac nəzarətinə riayət etməyə çalışdığı üçün çip istehsalını dayandıracaq. 

Məhdudiyyətlər yüksək məhsuldar hesablama avadanlığı hazırlayan Çin istehsalçılarına, qrafika professorlarına və bəzi süni intellektə əsaslanan texnologiyalara təsir edəcək. Onlar yalnız mobil qurğular üçün çip təmin edən şirkətlərə təsir etməyəcək.   

Qeyd edək ki, 2024-cü ilin üçüncü rübündə TSMC rekord gəlir əldə edib. Şirkətin xalis gəliri 31,2 faiz artaraq 10,06 milyard dollar olub. İllik artım 54,2 faiz təşkil edib. Bir il əvvəl TSMC, tarixdə ilk dəfə olaraq “Intel” və “Samsung Electronics”i geridə qoyaraq, gəlirlərinə görə dünyanın ən böyük yarımkeçirici istehsalçısı olub.

tag: Çin, Tayvan, TSMC,ABŞ, Sanksiyalar, İxrac, todaypress.az,