Tayvan ABŞ-dən minlərlə PUA alacaq

Dünya

29.10.2024 09:31

Tayvan adanı Çindən müdafiə etmək üçün Amerika müdafiə şirkətlərindən minə yaxın hücum pilotsuz təyyarəsi almaq üçün ABŞ ilə rəsmi müqavilə imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Məlumata görə, Tayvanın Müdafiə Nazirliyi ABŞ hökuməti ilə 1000-ə qədər pilotsuz uçan aparatı almağa icazə verən rəsmi müqavilələr imzalayıb. 

Agentliyin fikrincə, belə bir addım Çinin adaya potensial hücumunun qarşısını almağa kömək edəcək.

Günəş Mərd

tag: Tayvan, Çin, Amerika, ABŞ,Dünya, todaypress.az,