Taylandda təyyarə dənizə düşdü, ölənlər var

Dünya

25.04.2025 10:55

7

Tailandın qərb sahilində çimərlik yaxınlığında təyyarə dənizə düşüb. 

TodayPress xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Hadisə nəticəsində azı 5 nəfər ölüb. İlkin məlumatlara görə, qəza Petçaburi əyalətinin Ça-Am şəhərində baş verib.  

Yüngül mühərrikli təyyarə sahildən təxminən 100 metr aralıda dənizə düşüb. Hadisə yerinə xilasedicilər və təcili yardım xidmətləri gəlib.

Töhfə Səməd 

tag: Tailand,Sahil,Dəniz,Qəza,todaypress.az,