Tatarıstanda hava limanı bağlandı
Tatarıstanda yerləşən Buqulma şəhərinin hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
TodayPress xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hava limanının fəaliyyəti Bakı vaxtı ilə saat 09:00-da dayandırılıb.
Buna səbəb regionda baş verən gərginliklər və Ukraynanın təhdidləri olduğu bildirilir.
Töhfə Səməd
tag: Tatarıstan ,Buqulma ,Hava limanı,Rosaviasiya,todaypress.az,