Tatarıstan səmasında Ukraynaya məxsus PUA məhv edildi
Rusiya hava hücumundan müdafiə sistemləri Tatarıstan üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 21-də Bakı vaxtı ilə saat 8:50 radələrində Kiyevin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə hücum etmək cəhdinin qarşısı alınıb. Tatarıstan ərazisi üzərində növbətçi hava hücumundan müdafiə sistemləri işə düşüb.
Töhfə Səməd
tag: Tatarıstan, PUA ,Ukrayna, Məhv, todaypress.az,