Tarixi ada məhv olmaq təhlükəsi ilə üzləşdi

Dünya

18.07.2024 10:01

Yunanıstanın ən kiçik adalarından olan 2 min illik Delos UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. 

TodayPress, “Civils Daily”ə istinadən xəbər verir ki, bu ada qədim Yunan və Roma sivilizasiyalarında ziyarətgah kimi mühüm rol oynayıb. 

Lakin alimlər bildirir ki, tarixi ada son dövrlər baş verən iqlim dəyişmələri nəticəsində tamamilə yerlə-yeksan ola bilər. 

Tədqiqatçıların hesablamalarına əsasən, Delosun təxminən 50 ildən sonra yoxa çıxacağı düşünülür. 

Alimlər vurğulayır ki, son 10 ildə adanın bəzi yerlərində dənizin səviyyəsi 20 metr qalxıb. 

Qeyd edək ki, keçən il Saloniki Aristotel Universiteti tərəfindən aparılan araşdırma nəticəsində, yüksək rütubətlə birlikdə artan temperaturun abidələrdə istifadə olunan bəzi materialların kimyəvi tərkibinə əhəmiyyətli dərəcədə mənfi təsir etdiyi müəyyən edilib. 

Töhfə Səməd

tag: Tarixi Ada, Alimlər, Aristotel, Universtitet, İqlim, todaypress.az,