Taliban XİN başçısı Əfqanıstanda İŞİD-in mövcudluğundan danışdı
Dünya
04.10.2024 18:45
“Əfqanıstanda İŞİD-in heç bir məntəqəsi yoxdur”.
TodayPress xəbər verir ki, bu barədə ölkədəki hakim Taliban hərəkatının Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Mutaki Əfqanıstan məsələləri üzrə Moskva formatında məsləhətləşmələr zamanı bildirib.
“Biz bilirik ki, Əfqanıstanda terror aktları törədən qüvvələr bizə kənardan gəlib. İŞİD-ə gəlincə, ölkədə qruplaşmanın heç bir məntəqəsi yoxdur”.
Mutaki əlavə edib ki, Əfqanıstan artıq təhlükəsiz ölkədir. O, Kabilin enerji və iqtisadiyyatın digər sahələrinə böyük sərmayələr yatırdığını qeyd edib.
Mutaki həmçinin bildirib ki, Kabil gələcəkdə Moskva ilə diplomatik münasibətlərin səviyyəsini yaxşılaşdırmağı ümid edir. O, qeyd edib ki, hazırda Rusiya ilə Əfqanıstan arasında münasibətlər yaxşı səviyyədədir.
Töhfə Səməd
tag: Taliban, Moskva, İŞİD, Əfqanıstan ,Kabil ,todaypress.az,