Taliban Trampın dövründə terrorçular siyahısından çıxarılmasına ümid edir
Dünya
08.11.2024 13:10
Taliban Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Vaşinqtonun onları terror təşkilatları siyahısından çıxaracağını gözləyir.
TodayPress xəbər verir ki, bu barədə Əfqanıstan Taliban hərəkatının Siyasi Bürosunun rəhbəri Süheyl Şahin “RİA”ya bildirib.
“Əlbəttə, indi müharibə bitdiyinə və yeni mərhələdə olduğumuza görə üzvlərimizi bu siyahıda saxlamağın mənası yoxdur” deyə o qeyd edib.
Onun sözlərinə görə, məhz Trampın ilk prezidentliyi dövründə ABŞ və Taliban aralarındakı qarşıdurmanı dayandıran və Amerika ordusunun Əfqanıstandakı 20 illik mövcudluğunun sona çatmasına imkan verən razılaşmalar əldə edə bildilər.
Günəş Mərd
tag: Tramp, ABŞ, Vaşinqton, Taliban, todaypress.az,