Taliban Suriya müxalifətini təbrik etdi

Dünya

08.12.2024 16:30

Əfqanıstanın Taliban hərəkatı Suriyanın paytaxtı Dəməşqin ələ keçirilməsi münasibətilə Suriya müxalifətini rəsmən təbrik edib. 

TodayPress xəbər verir ki, müvafiq xəbər hərəkatın sosial şəbəkələrində dərc olunub. 

Xüsusilə, Taliban nümayəndələri Suriya prezidenti Bəşər Əsədi “tiran” adlandıraraq, baş verənlərin onun “yıxılması” kimi  qiymətləndiriliblər. 

Bundan əlavə, Əfqanıstan rəsmiləri səmimi təbriklərini ifadə edərək, müxalifətin hakimiyyətə gəlməsinin “bütün müsəlmanlar üçün xeyir-dua olduğunu bildiriblər. 

Günəş Mərd 

tag: Taliban,Dəməşq,Suriya,Bəşər Əsəd,Todaypress.az,