"Taliban" Rusiyaya məhsul ixrac edəcək

Dünya

19.04.2025 17:42

27

Əfqanıstanda hakim olan "Taliban" hərəkatı Rusiyaya müxtəlif məhsullar ixrac etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Mənbəyə görə, bununla Rusiya ilə Əfqanıstan arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçə bilər. 

Xatırladaq ki, Əfqanıstan tərəfi daha əvvəl də Qəndəhar bölgəsindən qumbaraatan idxal etməyə başlayıb. 

Hazırda Rusiya Əfqanıstana neft məhsulları, qaz və buğda ixrac edir.

Qeyd edək ki, Rusiya "Taliban"ı terror təşkilatları siyahısından çıxarıb.

Türkan İsgəndərli

tag: Rusiya,Taliban,Məhsul,İxrac,Todaypress.az,