Taliban qırmızı lent kəsməyi qadağan etdi
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətinin əmiri Heybətullah Axundzadə “kafirlərə” bənzəməmək üçün tədbirlərdə qırmızı lentin kəsilməsi mərasimini qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə "İndependent Persia" məlumat yayıb.
Qeyd olunub ki, bu, “əxlaq polisi”nin rəhbəri vəzifəsini icra edən Məhəmməd Xalid Hənəfin əmirə təqdim etdiyi “şəriət nəzəriyyəsi ilə praktika arasında ziddiyyətlər” paketindəki məqamlardan biridir. Əmir xalça üzərində ayaqqabı ilə gəzməyi və qarışıq döyüş növlərinə də qadağa qoyub.
Töhfə Səməd