“Taliban” nümayəndə heyəti Kazana gəldi
Əfqanıstan hökumətinin sədr müavini Əbdül Qani Baradarın başçılıq etdiyi “Taliban” hərəkatının nümayəndə heyəti “Rusiya - İslam dünyası: Kazan Forum” beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün Kazana gəlib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Nümayəndə heyətinə Baş nazirin müavini ilə yanaşı, forum çərçivəsində ticarət, kənd təsərrüfatı və enerji sahələrində layihələri müzakirə edəcək nazirlər də daxildir.
Mayın 14-ünə olan proqrama əsasən, Kazanın görməli yerlərinə, o cümlədən şəhərin əsas məscidlərinə ekskursiya həyata keçiriləcək. Əfqan nümayəndələri ilə rusiyalı həmkarları arasında əsas işgüzar görüşlər mayın 15-də başlayacaq.
Töhfə Səməd
tag: Əfqanıstan ,Əbdül Qani Baradar,Rusiya ,Kazan,Forum,todaypress.az,