Tailandda “meymunçiçəyi” virusu aşkarlandı
Dünya
22.08.2024 02:37
Tailandda “meymunçiçəyi”
virusuna yoluxma halı aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters”
agentliyi məlumat yayılıb.
Bildirilir ki, virus Afrikadan gələn avropalıda müəyyən edilib. Hazırda testin nəticəsi gözlənilir.
Tailand hökuməti
xəstənin avqustun 14-də xəstəliyin yayıldığı Afrika ölkəsindən gəldiyi üçün bu
hadisəni birinci altqrupa aid “mpox” xəstəliyi kimi qiymətləndirirlər.
Qeyd edək ki, baş
direktor Afrika ölkəsinin adını açıqlamayıb.
Avqustun 14-də Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) Konqoda və bəzi Afrika ölkələrində "meymun poxuna”
yoluxma hallarının artması ilə əlaqədar son iki ildə ikinci dəfə beynəlxalq
əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Meymunçiçəyi əsasən Mərkəzi
və Qərbi Afrikanın bəzi ölkələrində qeydə alınan virus mənşəli xəstəlikdir.
Virus ya yoluxmuş heyvanın dişləməsi, ya da vəhşi
heyvanın ətini və kürkünü yeməklə, nadir hallarda virusu olan insan və ya
materialla təmasda olduqda ötürülür. Virus bədənə zədələnmiş dəri, tənəffüs
yolları və ya selikli qişalar (göz, burun, ağız, cinsiyyət orqanları)
vasitəsilə daxil olur.
Gizli müddət 5-21 gündür. Simptomlara atəş,
şiddətli baş ağrısı, genişlənmiş limfa düyünləri, bel ağrısı, əzələ ağrıları və
nəzərəçarpacaq zəiflik daxildir.
tag: Virus, Meymunçiçəyi,Vaksin,Mpox,todaypress.az,