Tailandda 7 turist təyyarə qəzasında yoxa çıxdı
Dünya
22.08.2024 20:46
Tailandda 7 turist və iki pilot təyyarə qəzasından sonra meşədə itib.
TodayPress xəbər verir ki, bu barədə “Asia Pacific
Press” portalı məlumat
yayıb .
Məlumata görə, avqustun 22-də günortadan sonra özəl
“Cessna 208B Grand-Caravan” təyyarəsi Banqkokdan havaya qalxaraq Trat əyalətindəki
Koh Mai Si adasına istiqamət alıb. Təxminən on dəqiqədən sonra təyyarə siqnal
verməyi dayandırıb.
Bildirlilib ki, təyyarə Manqrov meşəsinə düşüb və yanıb.
Xilasedicilər təyyarənin pilotlarını və ya sərnişinlərini
tapmayıb, yalnız onların baqajını tapıblar.
İbrahim Əzizli
tag: Tayland, Manqrov,Pilot,Təyyarə,Qəza,todaypress.az,