Tailand plastik tullantılardan imtina etdi

Dünya

09.01.2025 10:52

Tailand fəalların illərdir apardığı kampaniyadan sonra plastik tullantıların idxalını qadağan edib.

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" yazıb. 

Bildirilir ki, Tailand tarixən Cənub-Şərqi Asiyada inkişaf etmiş ölkələrdən plastik tullantıları qəbul edərək pul qazanan dövlətlərdən biri olub. 2018-ci ildən bu cür tullantılar ABŞ, İngiltərə, Aİ üzvləri və Yaponiya tərəfindən Tailanda verilir. 

Yaponiya ölkəyə ən böyük plastik ixracatçılarından biridir. 2023-cü ildə oradan Tailanda təxminən 50 milyon kq tullantı gətirilib. 

Bildirilir ki, bu illər ərzində krallığa idxal çox vaxt zəif idarə olunub, bir çox fabriklər tullantıları təkrar emal etmək əvəzinə yandırıb. Bu da ətraf mühitə və insanlara zərər verib. 

Ekoloqların fikrincə, Tailand “irəliyə böyük bir addım” atıb. Plastik tullantıların idxalını qadağan edən qanun qüvvəyə mindikdən sonra hakimiyyət orqanları onu tətbiq etməli və bu cür tullantıların qanunsuz idxalının qarşısını almalı olacaqlar.

Günəş Mərd

tag: Plastik, Tullantı,Tailand ,İmtina ,todaypress.az,