Tailand BRICS tərəfdaş ölkəsi olmağa razılaşdı
Dünya
26.12.2024 15:30
Tailand Rusiyanın BRICS-in tərəfdaş ölkəsi olmaq dəvətini qəbul edib ki, bu da gələcəkdə qrupa tamhüquqlu üzv kimi qoşulmaq yolunda böyük addımdır.
TodayPress xəbər verir ki, bu barədə məlumat departamentinin baş direktoru və Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Falanqkun brifinqdə bildirib:
“Oktyabrın 31-də Tailand BRICS-in 2024-cü ildə sədri olan Rusiyadan təşkilatın tərəfdaş ölkəsi olmaq üçün rəsmi dəvət alıb. Dekabrın 24-də Tailand buna müsbət cavab verib. Bu, Tailandın gələcəkdə BRICS-ə tamhüquqlu üzv kimi qoşulması istiqamətində atılmış ilk addımdır”.
Töhfə Səməd
tag: Rusiya, Brifinq, Tailand ,Tərəfdaş, todaypress.az,