Tacikistanda parlament seçkiləri keçirilir

Dünya

02.03.2025 10:06

1562

Tacikistanda parlament seçkiləri keçirilir.

TodayPress Tacikistan Mərkəzi Seçki və Referendum Komissiyasına (MSK) istinadən xəbər verir ki, seçkilərdə yeddi qeydiyyatdan keçmiş partiyadan altısı iştirak edir. İstisna Tacikistan Sosial-Demokrat Partiyasıdır (TSDP).

Bu il keçirilən seçkilərdə parlamentin aşağı palatasındakı 63 yer uğrunda 220 namizəd mübarizə aparır: 152 namizəd 41 təkmandatlı dairədə, 68 namizəd isə ümumi respublika seçki dairəsində partiya siyahıları üzrə seçkiyə qatılıb.

Hakim Xalq-Demokrat Partiyası (XDP) – 28, Kommunist Partiyası – 5, Demokrat Partiyası – 3, İqtisadi İslahatlar Partiyası – 13, Aqrar Partiya – 13, Sosialist Partiya – 6 namizəd irəli sürüb.

Tacikistan KİV-in qeyd etdiyinə görə, seçkilərdə iştirak edən partiyalardan heç biri hakimiyyəti tənqid etmir.

2025-ci il seçkiləri Tacikistanın müstəqillik tarixində yeddinci, vətəndaş müharibəsinin bitməsindən və iki palatalı parlament sisteminin yaradılmasından sonra isə altıncı parlament seçkisidir.

Qiymət Mahir

tag: Tacikistan,Parlament,Seçki,Dünya,todaypress.az,