Tacikistanda güclü zəlzələ oldu

Dünya

27.08.2024 12:50

2089

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri rayonun inzibati mərkəzi və Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Xoroq şəhərindən 24 km şimalda qeydə alınıb. 

Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Töhfə Səməd

tag: Tacikistan, Zəlzələ, Əfqanıstan, Təlafat, Dağıntı, Düşənbə, todaypress.az,