Tacikistan prezidenti yenidən hakim partiyanın lideri seçildi

Dünya

18.12.2024 17:50

1399

Tacikistan Xalq Demokratik Partiyasının ((TXDP)) 15-ci qurultayında prezident Emoməli Rəhmon yenidən respublikanın hakim partiyasının sədri seçilib. 

TodayPress xəbər verir ki, bu barədə Tacikistan liderinin saytında məlumat verilib.    

“Qurultay nümayəndələrinin dəstəyi ilə Emoməli Rəhmon TXDP-nin sədri seçildi” məlumatda deyilir.

Bundan başqa, qurultay vahid ümummilli seçki dairəsi üzrə Tacikistan parlamentinin aşağı palatasının deputatlarının seçkilərində iştirak etmək üçün partiya üzvlərindən 28 namizəd irəli sürüb, həmçinin Tacikistan Xalq Demokratik Partiyasının seçki proqramını təsdiqləyib. 

Qeyd edək ki, TXDP Tacikistanda 1994-cü ildə yaradılan ən böyük siyasi partiyadır. 1998-ci ilin martında Rəhmon bu partiyaya qoşulub və o vaxtdan onun lideridir.

Günəş Mərd

tag: Tacikistan, Emoməli, Partiya ,Lider, todaypress.az,