Tacikistan hakimiyyəti cadugərliklə mübarizəyə başladı
Dünya
28.08.2024 17:36
Tacikistan Daxili İşlər Nazirliyi falçılar, cadugərlər və onların müştərilərinə qarşı tədbirlər görməyə başlayıb.
TodayPress xəbər verir ki, nazirliyin mətbuat xidməti ölkə rəhbərliyinin cadugərliyə qarşı apardığı mübarizə barədə məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bəzi vətəndaşların belə xidmətlərdən istifadə etdiyini müəyyən ediblər.
“Təkcə son bir ayda 150-dən çox belə şəxs Daxili İşlər Nazirliyinin siyahısına daxil edilib və barələrində qanuna müvafiq tədbirlər həyata keçirilir” deyə mətbuat xidmətindən bildirilib.
Nazirlik xəbərdarlıq edib ki, falçı və cadugərlərə baş çəkən vətəndaşlar Daxili İşlər Nazirliyinin idarələrinə çağırılacaqlar.
Töhfə Səməd
tag: Tacikistan, Falçılıq, Cadugərlik, Vətəndaşlar, İdarə, todaypress.az,