Tacikistan 2025-ci ildə MDB-yə sədrlik edəcək
Dünya
07.10.2024 21:18
Tacikistan 2025-ci ildə
Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək.
TodayPress xəbər verir
ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, bu
qərar, eləcə də Dövlət Başçıları Şurasının növbəti iclasının tarixi MDB-nin
sabah keçiriləcək sammitində təsdiqlənəcək.
Liderlər həmçinin Dövlət
Başçıları Şurasının növbəti iclasının keçirilməsini müzakirə edəcəklər.
“Tacikistanlı
həmkarlarımız məsələ ilə bağlı təklif irəli sürüblər və təklif qəbul olunacaq. Növbəti
görüş 2025-ci il oktyabrın 10-da Düşənbədə baş tutacaq” Rusiya prezidentinin
köməkçisi bildirib.
Rusiya 2024-cü ildə
MDB-yə sədrlik edir. Uşakovun sözlərinə görə, 150-yə yaxın sədrlik tədbirinin
əksəriyyəti artıq baş tutub.
Aynur TAC
tag: Rusiya, Tacikistan,MDB, Uşakov, todaypress.az,