SVR: Avropa Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır
Avropa ABŞ prezidenti Donald Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Qeyd olunub ki, avropalı müharibəni qızışdıranlar Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayırlar.
"Britaniya və Fransa xüsusi xidmət orqanları Trampın ətrafına qarşı ittihamlar uydurmaq üçün Rusiyadan qaçan “informasiya çirki axtaranları” göndərir. Saxtalaşdırmaların nəticələrinin Ukraynada nizamlanma üzrə danışıqlar prosesini tormozlamaq üçün istifadə edilməsi planlaşdırılır" deyə SVR-nin məlumatında bildirilib.
tag: SVR,Rusiya,Avropa,Tramp,Todaypress.az,