Suriyanın yeni hakimiyyəti qadınların geyiminə məhdudiyyət qoyacaq?
Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifət Suriyada qadın geyimləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil.
TodayPress xəbər verir ki, bu barədə “Al-Watan” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, yeni hakimiyyət qadınların geyimi ilə bağlı məsələlərə qarışmağı, geyim və ya xarici görünüşlə bağlı hər hansı tələblərin, o cümlədən təvazökarlıqla bağlı tələblərin qoyulmasını qəti şəkildə qadağan edib.
Onlar iddia edirlər ki, hakimiyyət hər bir ölkə vətəndaşının “şəxsi hüquqlarına hörmət edilməsini” təmin etməyə çalışır.
Töhfə Səməd
tag: Suriya ,Hakimiyyət, Qadın, Məhdudiyyət, todaypress.az,