Suriyanın müvəqqəti hökumətinin rəhbəri məlum oldu

Dünya

09.12.2024 15:30

Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Hicab rəhbərlik edəcək.

TodayPress-in məlumatına görə, bu iddia ilə “Le Figaro” nəşri çıxış edib.

58 yaşlı Riyad Fərid Hicab siyasi karyerasına “Bəəs” partiyasının yerli təşkilatlarından birinin rəhbəri kimi başlayıb. 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifəsində işləyib. 2012-ci ilin iyun-avqust aylarında isə Baş nazir postunu tutub.

İstefaya göndərildikdən sonra ailəsi ilə birlikdə İordaniyada yaşayıb.

tag: Suriya,Riyad ,Nazir,İstefa,todaypress.az,