Suriyanın Müdafiə Nazirliyi bütün silahlı qrupları ləğv edəcək
Dünya
14.12.2024 23:12
Suriyanın müdafiə nazirliyi ölkədə mövcud olan bütün silahlı qrupları ləğv edəcək.
TodayPress xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı birləşmələrin lideri Əhməd əl-Şaraa (əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Suriya televiziyasında bildirib.
Əl-Şaraa ölkədə Suriya dövlətinin nəzarəti altında olmayan heç bir silahlı qruplaşmanın olmayacağını bildirib.
tag: Suriya, Silahlı, Əl- Şaraa, Müharibə, Müdafiə Nazirliyi, todaypress.az,