Suriyanın keçmiş DİN rəhbəri yeni hökumətə təslim oldu
Dünya
04.02.2025 20:14
Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar ölkənin yeni hakimiyyət orqanlarına təslim olub.
TodayPress xəbər verir ki, bu barədə Suriyanın "Əl-İxbariyyə” telekanalı
məlumat yayıb.
Əl-Şaar 2011-2018-ci illərdə Suriyanın daxili işlər
naziri vəzifəsində çalışıb.
2024-cü il noyabrın sonunda silahlı müxalifət
qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib.
Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd
istefa verib və ölkədən qaçıb.
Dekabrın 10-da İdlib vilayətində "xilas hökuməti”nə
rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək
Suriyanın keçid kabinetinin rəhbəri elan edib. 29 yanvar 2025-ci ildə Suriyanın
yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ölkədə keçid dövrü ərzində
Suriyanın prezidenti elan edildi.
tag: Suriya, Nazir, Həbs, Məhəmməd əl- Bəşir, Silah, todaypress.az,