Suriyanın baş nazirindən sülh çağırışı

Dünya

08.12.2024 09:28

Suriyanın hazırkı Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib. 

TodayPress xəbər verir ki, Baş nazirin videomüraciəti “Facebook” sosial şəbəkəsində yayımlanıb. 

"Vətənimizin bir hissəsi olan heç kimə zərər verməyəcəklərini təsdiqləyən rəqiblərə əlimizi uzadırıq" deyə o, qeyd edib. 

Siyasətçi opponentlərə hər cür köməklik göstərəcəyini və dövlət obyektlərinin təhlükəsizliyini təmin edərək dövlət işlərini tədricən təhvil verəcəyini bildirib. 

Qeyd edək ki, bundan əvvəl baş nazir Suriyanın paytaxtında öz evində olduğunu bildirmişdi. Dekabrın 8-də Suriya prezidenti Bəşər Əsədin isə təyyarəyə minərək Dəməşqdən naməlum istiqamətdə havaya qalxdığı məlum olub. 

Günəş Mərd 

tag: Suriya,Baş nazir,Çağırış,Sülh,Məhəmməd Qazi əl-Cəlali ,Todaypress.az,