Suriyanın baş naziri müraciətlə çıxış etdi

Dünya

08.12.2024 11:16

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Bəşər Əsəd hökumətinin devrilməsi fonunda çıxış edib.

TodayPress xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. 

Əl-Cəlali Suriya tarixində yeni mərhələnin başladığını bildirib. O, həmçinin xalqın seçdiyi istənilən rəhbərliklə və hakimiyyətin ötürülməsi ilə bağlı istənilən prosedurlarla əməkdaşlığa hazır olduğunu bildirib.

"Biz suriyalıların seçdiyi rəhbərliklə əməkdaşlıq edəcəyik və bütün hökumət sənədlərini onlara təhvil verəcəyik" baş nazir bildirib. 

O eyni zamanda bildirib ki, Suriya prezidenti Bəşər Əsədlə son dəfə dekabrın 7-də axşam əlaqə saxlayıb. Hökumət ölkə prezidentinin harada olduğunu bilmir.

Qeyd edək ki, dekabrın 8 - də Bəşər Əsəd Dəməşqdən naməlum istiqamətə uçub . Eyni zamanda, müxalifət paytaxt Dəməşqə daxil olduğunu elan etsə də, hökumət qoşunlarının müqaviməti ilə qarşılaşmayıb. 

Günəş Mərd 

tag: Suriya,Bəşər Əsəd,Hakimiyyət,Baş nazir,Todaypress.az,