Suriyalıların ölkələrinə qayıdışı davam edir

Dünya

24.12.2024 13:48

Ölkələrinə qayıtmaq istəyən suriyalılar Hataydakı Cilvegözü, Yayladağı və Zeytindalı sərhəd qapılarından keçməyə davam edir. 

TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Bildirilib ki, son 15 gündə Suriyaya qayıdanların sayı artıq 25 mini keçib.

Burada yerləşdirilən İmmiqrasiya İdarəsinin Səyyar Xidmət Bölməsinin avtomobilləri də çıxış prosedurlarının sürətləndirilməsinə köməklik göstərir. 

Gömrük prosedurları bitənlər rahatlıqla Suriyaya keçə bilir.

Töhfə Səməd

tag: Suriya, Ölkə, Qayıdış, Hatay ,todaypress.az,