Suriyadakı hərbi bazaların Rusiya üçün hansı önəmi var?
Dünya
11.12.2024 10:42
Suriyadakı Rusiya hərbi bazalarının taleyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən Rusiyanın Afrikadakı hərbi əməliyyatları təhlükə altındadır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub ki, Rusiya Mali, Burkina Faso və Nigerə şəxsi heyət və hərbi yük göndərmək üçün Xmeymim aviabazasından istifadə edir. Hava körpüsü olmadığı təqdirdə bunu reallaşdırmaq çətin məsələdir.
Həmçinin bildirilib ki, Rusiya Suriyadakı baza vasitəsilə Afrikada öz təsirini artırıb.
Materialda vurğulanıb ki, alternativ variantlar Liviyadakı hava bazalarının və ya Kamerun və Konqo-Brazzavildəki limanların istifadəsi ola bilər, lakin bu variantlar hərbi logistika üçün daha çox maliyyə xərcləri və daha çox risk daşıyır.
Günəş Mərd
tag: Liviya, Alternativ, Afrika,Baza, todaypress.az,