Suriyada yeni terror ocağının yaranma ehtimalı var
Dünya
10.12.2024 10:20
Suriyada beynəlxalq terrorizmin yeni ocağının yaranması ehtimalı var.
TodayPress xəbər verir ki, bu barədə Lançjou Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Çju Yonbyao bildirib.
“Nəticələrə gəlincə, hesab edirəm ki, ilk növbədə, Suriyadakı vəziyyətin daha bir ekstremizm və terror ocağının yaradılmasına gətirib çıxarıb-çıxarmayacağına diqqət yetirilməlidir. İkincisi, Suriyadakı vəziyyətin silsilə zəncirvari reaksiyalara səbəb olub-olmayacağıdır” deyə çinli ekspert bildirib.
Yonbyaonun sözlərinə görə, prezident Bəşər Əsəd rejiminin indiyədək dayana bilməsi faktını əslində təmin etmək asan deyildi. Eyni zamanda, ekspert onun gedişini çox da təəccüblü olmadığını bildirib, çünki Əsəd hər tərəfdən daimi və ciddi münaqişələrlə üzləşməli olub.
Xatırladaq ki, dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bildirilir ki, o, silahlı münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra prezident postunu tərk etmək qərarına gəlib, həmçinin hakimiyyətin dinc yolla ötürülməsi barədə göstərişlər verib.
Töhfə Səməd
tag: Bəşər Əsəd ,Suriya, Prezident, Diqqət ,todaypress.az,