Suriyada yeni hakimiyyətin 15 tərəfdarı öldürüldü
Dünya
15.12.2024 04:13
Suriyanın yeni hakimiyyətinin
tərəfdarlarından ibarət dəstə Latakiya şəhəri yaxınlığında pusquya düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Sky News
Arabia” məlumat yayıb.
Silahlı hücum nəticəsində azı 15 döyüşçü həlak olub.
Qeyd edək ki, Latakiya Dəməşqdən 320 km aralıda yerləşir.
Hücum Mzeira bölgəsində qeydə alınıb, hələlik heç bir
qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib.
tag: Suriya, Müharibə, Ölüm, Latakiya, todaypress.az,