Suriyada yaşayış binasına aviazərbə nəticəsində 3 nəfər öldü
Suriya Müdafiə Nazirliyi İsrail
hərbçilərinin paytaxt Dəməşqin Mezza məhəlləsində yerləşən yaşayış binasına
havadan zərbə endirməsi ilə bağlı məlumatı təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin
sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda deyilir.
“Bu gün təxminən saat 17:25-də (Bakı vaxtı ilə saat
18:25-də - red.) İsrail işğal altındakı Qolan təpələrindən Dəməşqin Mezza
rayonundakı yaşayış binalarından birinə hava hücumu həyata keçirib. Raket atəşi
nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər isə yaralanıb” Müdafiə
Nazirliyindən qeyd edilib.
tag: Suriya, Mezza, israil, İran,Bakı, todaypress.az,