Suriyada “Türkiyə idarəetmə modeli” tətbiq oluna bilər
Dünya
12.12.2024 12:07
Keçid hökuməti əvəzinə daimi hökumət qurulduqdan sonra Suriyada idarəçilik sistemi Ərəb Respublikasının şimalında tətbiq olunan “türk modeli” adlandırılan modelə görə təşkil edilə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti administrasiya ilə yanaşı, Ədalət və İnkişaf Partiyasındakı mənbələrə istinadən yazır.
Müvəqqəti baş nazir Məhəmməd əl-Bəşir daha əvvəl demişdi ki, Bəşər Əsəd administrasiyası ölkəni dağılmış iqtisadiyyatla qoyub qaçıb.
Qəzet qeyd edir ki, Ankara 5 milyon insanın yaşadığı şimal bölgəsində bələdiyyə xidmətlərindən orduya, polisə, təhsil müəssisələrinə və digər dövlət qurumlarına qədər idarəetmə modeli yaradılıb. Nəşr qeyd edir ki, indi bu model Suriyada istifadə olunacaq.
Türkiyənin hakim partiyasındakı mənbələr də qəzetə Suriyada iqtisadi və siyasi islahatlar planları barədə məlumat veriblər. Bildirilib ki, rəsmi Ankara Suriyada bütün seqmentlərin yüksək səviyyədə təmsil olunacağı bir sistem yaratmaq istəyir. Qəzetin iddiasına görə, Türkiyənin 5 milyonluq bir bölgədə yaratdığı, cəmiyyətin bütün təbəqələrini əhatə edən sistem indiyə qədər problemsiz işləyir.
Töhfə Səməd
tag: Suriya, Türkiyə, Milyon, İnsan ,todaypress.az,