Suriyada terrorçuların hakimiyyəti ələ keçirmə ehtimalı qiymətləndirildi
Dünya
03.12.2024 11:17
“Hələbin “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsi islamçıların ölkənin qalan hissəsini ələ keçirməsi riskini yaradır”.
TodayPress xəbər verir ki, bunu “Lenta.ru”ya müsahibəsində politoloq Andrey Yaşlavski deyib.
O, 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinin yorğunluğu ilə üzləşən Suriya ordusu üçün terror hücumunun sürpriz olduğuna diqqət çəkib. Bu baxımdan Suriya geri çəkilməyə məcbur olub və yaranan təhlükənin qarşısını almaqda problemlərlə üzləşib.
“Geri çəkilmə riski var ki, bu da qüvvələrin ruhdan düşməsinə və Bəşər Əsədin böyük şəhərlər üzərində nəzarəti itirməsinə gətirib çıxaracaq. Suriyanın hər yerində mövcud olan və cihadçılara kömək etməyə hazır olan “beşinci kolon”u da xatırlamalıyıq” deyə politoloq bildirib.
Eyni zamanda, Yaşlavski əlavə edib ki, terrorçuların konkret hara hücum etməyi planlaşdırdıqları hələ də bəlli deyil. Xüsusilə, onlar indi cənub istiqamətində Həma şəhərinə doğru irəliləyirlər.
Töhfə Səməd
tag: Suriya, Bəşər Əsəd, Yaşlavski, Terror, todaypress.az,