Suriyada tələbə yataqxanası ərazisi atəşə tutuldu
Suriyada tələbə yataqxanasının ərazisi atəşə tutulub, ölənlər var.
TodayPress xəbər verir ki, bu barədə “SANA” məlumat yayıb.
Məlumata görə, Hələb Universitetinin tələbə yataqxanasının ərazisinin “terrorçu qrupları” tərəfindən atəşə tutulması nəticəsində ikisi tələbə olmaqla, dörd mülki şəxs həlak olub.
tag: Suriya, Terror, Tələbə Yataqxanası,Atəş, todaypress.az,