Suriyada seçkilərin təşkili dörd il çəkə bilər
Dünya
29.12.2024 15:15
"Suriyada seçkilərin təşkili dörd il çəkə bilər".
TodayPress xəbər verir ki, bunu Dəməşqdəki yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa Səudiyyə Ərəbistanının "Əl-Hədas" xəbər kanalına verdiyi müsahibədə bildirib.
Əl-Şaraa izah edib ki, hazırda uzun müddət xidmət edəcək keçid hökuməti üçün hazırlıqlar gedir. Bundan əlavə, o, Əsəd hakimiyyətinin devrilməsində mühüm rol oynayan islamçı koalisiya Təhrir əş-Şamın qərargahını dağıtmağa söz verib.
Əhməd əl-Şaraa qeyd edib ki, hər hansı səsvermə prosesi baş verməzdən əvvəl yeni siyahıyaalma aparılmalıdır. O, həmçinin deyib ki, Suriyanın azad edilməsi növbəti 50 il ərzində bölgəyə və Körfəzə təhlükəsizlik gətirəcək.
Töhfə Səməd
tag: Suriya,Dəməşq,Suriya ,Təhrir əş-Şam,Səudiyyə Ərəbistanı,Əhməd əl-Şaraa,todaypress.az,