Suriyada seçkilər keçiriləcək
Dünya
15.01.2025 15:29
1500-dən çox şəxsin daxil olacağı Suriya Xalq Məclisinə seçkilər keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
“Suriya üçün yeni konstitusiya layihəsini hazırlayacaq və ölkəni seçkilərə aparacaq təsis məclisinin 1500 üzvdən ibarət olacağı gözlənilir” materialda deyilir.
Qeyd edilib ki, Suriyanın yeni hökuməti Suriya cəmiyyətinin bütün təbəqələrinin inklüzivliyinə və təmsilçiliyinə sadiqdir.
Günəş Mərd
tag: Suriya,Xalq Məclisi,Türkiyə,todaypress.az,