Suriyada Qətərin səfirliyi açılır

Dünya

16.12.2024 15:00

Qətər diplomatlarından ibarət nümayəndə heyəti Suriyaya gəlib.

TodayPress xəbər verir ki, bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsarinin bəyanatında deyilib.

"Diplomatlardan ibarət nümayəndə heyəti Qətər Dövlətinin Suriya Ərəb Respublikasında səfirliyinin açılması üçün zəruri hazırlıqları tamamlamaq məqsədilə Dəməşqə gəlib. Qətər Dövləti qardaş Suriya xalqının sülh, təhlükəsizlik, inkişaf və rifaha nail olmasını tam dəstəkləyir" deyə bildirilib.  

Qeyd olunub ki, diplomatlar həmçinin Suriyaya humanitar yardımın həcminin artırılması məsələsini də müzakirə edəcək.

Töhfə Səməd

tag: Suriya ,Qətər, Səfirlik, Ərəb, todaypress.az,