Suriyada müxalif qüvvələr Səraqib şəhərinə daxil oldular
Dünya
29.11.2024 21:38
Suriyada silahlı müxalifət və Əsəd rejimi əleyhdarı
olan qruplar strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olublar.
TodayPress "Anadolu
Ajans"a istinadən xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat
yayıb.
İdlib
vilayətində iki gün davam edən qarşıdurmada rejim qüvvələri ağır itki verərək,
Saraqibdən geri çəkiliblər.
Şəhər
hazırda rejim əleyhinə silahlı qrupların nəzarəti altındadır.
tag: Suriya, Hələb, İdlib,Əsəd, Səraqib, todaypress.az,